AZ

Zelenski Tramp və Putini MAT etdi:

Newscenter.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna prezidenti Vladimir Zelenski nə qədər təcrübəsiz təqdim edilsə də, bugünkü gün Putin və Trump tandeminə qarşı həm mübariz Ali Baş Komandan, həm də peşəkar diplomat, siyasətçi və əsl lider kimi çıxış edərək onları qabaqlaya bilir. Əvvəla, Trampın təqdim etdiyi 28 bəndlik sülh layihəsi faktiki olaraq mahiyyətinə görə kapitulyasiya sənədi kimi Zelenski tərəfindən birbaşa rədd edilmədi.Ancaq Zelenski elə bir siyasi gediş etdi ki, faktiki olaraq Tramp dalana dirəndi və Zelenski Trampın sülh planından imtina etmədən Londona səfər edərək Avropa liderlərinin iştirakı ilə hazırlanmış yeni sülh layihəsini təklif etməklə Trampı fakt qarşısında qoydu və Zelenski faktiki bu gediş ilə Trampın bütün "səylərini" sıfırladı. Trampın təqdim etdiyi sülh layihəsi nəinki qəbul edilmədi, heç müzakirə belə olunmadı. Təbii ki, Tramp fakt qarşısında məcburi şəkildə geri çəkilməyə məcbur edildi. Bu gedişi ilə Zelenski həm Trampı, həm də sülhə çox ehtiyacı olan, işğalını rəsmiləşdirmək istəyən Vladimir Putini üstələdi.Digər bir vacib məsələ, Tramp və Putinin Zelenskiyə qarşı istifadə etdiyi "seçki" silahı da Zelenski tərəfindən zərərsizləşdirildi. Donald Tramp və Vladimir Putin Ukrayna prezidenti Zelenskinin legitimliyini sual altına alaraq Ukraynada yeni prezident seçkilərinin keçirilməsini tələb edir, baxmayaraq ki, Ukrayna Konstitusiyasına görə müharibə şəraitində ölkədə heç bir seçki keçirilə bilməz. Rusiyanın Ukraynaya hücum öncəsi nəinki mübarizə aparmaq, hətta Zelenskiyə ölkəni tərk etmək təklifinə rəğmən, Zelenski rus ordusunu Kiyevə hücumdan geri çəkilməyə məcbur etdi və bir həftəyə Ukraynanı məğlub edəcəyini planlaşdıran rus ordusunun 4 ildir ki qarşısını alaraq müharibəni Rusiya ərazisinə belə keçirməyi də bacarıb. Əlbəttə ki, Ukrayna Rusiya ordusu haqqında mifi məhv edərək Rusiya, xüsusən də Putin üzərində psixoloji qələbə qazanıb.Bu halda Zelenskini nəyin bahasına olursa olsun hakimiyyətdən uzaqlaşdırmaq Putin və Trampın əsas məqsədidir. Ancaq Zelenski yenə də Putini və Trampı tələb etdikləri elə həmin "seçki"nin özü ilə məğlub edə bildi. Zelenski Trampa və birbaşa Putinə: “Əgər siz seçki keçirmək istəyirsinizsə, mən buna hazıram” – deyə cavab verdi. Ancaq tamamilə əsaslı olaraq seçkinin keçirilməsi üçün Rusiya tərəfindən seçki dövrünə aid atəşkəsin təmin olunmasını, ABŞ-dan isə seçkinin keçirilməsi üçün atəşkəsə zəmanət verməsini və əsgərlərinin cəbhə xəttinə müvəqqəti yerləşdirilməsi şərtini irəli sürdü. Gözlənildiyi kimi, nə Putin, nə də Tramp seçkinin keçirilməsi üçün zəruri olan bu əsaslı tələblərlə razılaşa bilməzdi.Demək, Zelenski bu gedişi ilə də həm Trampı, həm Putini elə “seçki” silahı ilə vurdu. Zelenski artıq elan etdi ki, Rusiyaya bir qarış da olsun torpaq güzəşti edilməyəcək. Bu isə Putin və Trampın irəli sürdüyü, tələb etdiyi torpaq güzəştinin, kapitulyasiyanın sonu deməkdir, hansı ki, ABŞ və Rusiya rəsmiləri dəfələrlə Ukraynanın iştirakı olmadan torpaq güzəştini müzakirə edib razılaşmışdılar.Rusiyanın işğalçılıq niyyəti, ABŞ-ın Ukraynaya yardımla bağlı ağır şərtləri, Trampın münasibəti Ukraynanı digər ölkələrdən asılı olmayaraq hərbi sənayesini inkişaf etdirməyə məcbur etdi. Ukrayna artıq Rusiya ordusunu durdurmağı və ona qalib gəlməyi öyrəndi. Yəni bugünkü gün Rusiyanın işğalçılıq planları Rusiyanı məğlub edə biləcək Ukrayna ordusunu formalaşdırır və artıq bu nəticə ABŞ-ın belə yardımı olmasa belə reallaşmağa doğru gedir.Vüqar Dadaşov, politoloq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
newscenter.az

2Mənbələr