AZ

Buskets ilə Alba yaşıl meydanı tərk etdi

Xordi Alba və Serxio Buskets futbolçu həyatı ilə bağlı vacib qərar verib. “İnter Mayami”nin futbolçuları karyeralarını başa vurublar.

"Football-plus.az" xəbər verir ki, İspaniya yığmasının sabiq üzvləri “İnter Mayami”nin heyətində sonuncu oyunlarını MLS-in pley-offunun finalında “Vankuver”ə (3:1) qarşı keçiriblər. “İnter Mayami” 3:1 hesabı ilə qalib gələrək ilk dəfə MLS-in çempionu olub.

Qeyd edək ki, 37 yaşlı Buskets 2008-23-cü illərdə “Barselona”da oynayıb. O, “İnter Mayami”də 2023-cü ildən çıxış edirdi. 36 yaşlı Alba isə “Valensiya”, “Ximnastik” və “Barselona”nın üzvü olub. O da ABŞ klubuna 2023-cü ildə keçmişdi.

Seçilən
9
3
football-plus.az

10Mənbələr