“Miss İsveçrə”nin finalçısını əri tikə-tikə doğrayıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Modelin cəsədini blenderdən keçirib turşuda əridən cani ər bu zaman “YouTube” izləyib
İsveçrədə “Miss İsveçrə” müsabiqəsinin keçmiş finalçısı, 38 yaşlı Kristina Yoksimoviç 43 yaşlı həyat yoldaşı Tomas tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib.
Məlumata görə, Tomas arvadını boğduqdan sonra onun bədən üzvlərini kəsərək çıxarıb, cəsədi elektrik mişarı və bağ qayçısı ilə hissələrə ayırıb.
Daha sonra o, qalıqları blenderdə xırdalayaraq kimyəvi turşuda əridib.
Manyak bu vəhşiliyi törədərkən soyuqqanlı şəkildə “YouTube”da videolara baxıb.
Qadının qalıqlarını atası camaşırxanadakı zibil torbasından saçı görünərkən tapıb.
Polis hesabatında qatilin heç bir empatiya hissi keçirmədiyi qeyd olunub.
Cütlüyün iki övladı var, Tomas hazırda həbsdədir.
Xuraman Etibarlı
İnterpress.az