AZ

Rusiya səfiri Almaniya XİN-ə çağırıldı – SƏBƏB

Rusiyanın Almaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Səfir nazirliyə 2025-ci ilin fevral ayında keçiriləcək erkən Bundestaq seçkiləri ərəfəsində böyük kiberhücum və dezinformasiya kampaniyası ilə əlaqədar dəvət edilib. Belə ki, Almaniya XİN kiberhücumlara görə məsuliyyəti Rusiyanın daşıdığını iddia edir. 

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə XİN-in sözçüsü Martin Giesen açıqlama yayıb.

“2024-cü ilin avqust ayında Almaniyanın hava nəqliyyatının idarəetmə sisteminə edilən kiberhücum Rusiyanın “Fancy Bear” haker qrupu tərəfindən həyata keçirilmişdir. Kəşfiyyatımız göstərir ki, bu hücuma görə Rusiya hərbi kəşfiyyat orqanı olan QRU məsuliyyət daşıyır. İndi əminliklə demək olar ki, Rusiya “Storm-1516″ kod adlı dezinformasiya kampaniyası vasitəsilə həm Bundestaq seçkilərinə, həm də Almaniyadakı mövcud daxili işlərə təsir göstərməyə və sabitliyi pozmağa cəhd edir”, – o qeyd edib.

Giesen əlavə edib ki, kampaniyanın Rusiya Baş Kəşfiyyat İdarəsinin dəstəklədiyi təşkilatlar tərəfindən idarə olunmasına dair etibarlı məlumatlara sahibdirlər.

“Rusiya təhlükəsizliyimiz üçün çox real təhdiddir. Rusiyanın təhdidi təkcə Ukraynadakı müharibədən ibarət deyil, Almaniyaya qarşı hərəkətləri də bura aiddir. Almaniya hökuməti Avropa tərəfdaşları ilə birlikdə Rusiyanın hibrid müharibəsinə qarşı bir sıra əks tədbirlər görəcək”, – deyə XİN nümayəndəsi bildirib.

Seçilən
10
1
konkret.az

2Mənbələr