AZ

Ölkədə həyat keyfiyyətinin idarə olunmasında süni intellektin rolu

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov və i.ü.f.d. Asif Əliyevin müəllif olduqları "Ölkənin dayanıqlı həyat keyfiyyətinin idarəedilməsində süni intellekt (Sİ) texnologiyaları" adlı elmi tədqiqat işi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

"Unikal" xəbər verir ki, bu barədə instituta ünvanlanan məktubda qeyd olunub ki, aktual mövzuya həsr olunan elmi tədqiqatda Azərbaycanda "dayanıqlı həyat keyfiyyəti" (sustainable quality of life, SQOLI) göstəricisinin formalaşdırılması və modelləşdirilməsi üçün qlobal miqyasda aparılan debatlarla məntiqli şəkildə səsləşir.

Qeyd olunub ki, tədqiqatda metodoloji baxımdan klassik statistika ilə yanaşı inteqrasiya olunmuş Sİ alətlərindən – böyük dil modelləri (LLM), əsas komponentlər analizi (PCA), dəstək vektor reqressiyası (SVR), qeyri-səlis məntiq və Fuzzy k-NN kimi üsullardan kombinasiyalı şəkildə istifadə edilmişdir. Bəhs edilən SQOLI-nin komponentləri hazırda dövlət proqramları və strategiyalarda istifadə edilən hədəf və indikatorlarla asanlıqla əlaqələndirilə bilər.

Bildirilib ki, sözügedən elmi tədqiqat işi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın, həmçinin 2027-2030-cu illər üçün hazırlanmaqda olan strategiyanın monitorinq və qiymətləndirilməsi prosesində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən irəli sürülən analitik təhlil, təklif və tövsiyələr üçün həm metodoloji, həm də konkret rəqəmsal baza kimi faydalı ola bilər.

Seçilən
91
7
unikal.az

9Mənbələr