AZ

David Santos Ayxan Abbasova qulaq asacaq

“Karvan-Yevlax” “Şamaxı”ya doğma azarkeşləri qarşısında üç cavabsız qolla uduzdu.

“Şirlər” böyükhesablı qələbə qazansa da, ilk yarıda yevlaxlılar kifayət qədər hücum qurdu. Ayxan Abbasovun komandasında müdafiənin dayaqlarından biri də bu yay transfer edilən David Santosdu. 24 yaşlı futbolçu oyundan sonra “Futbol+”ə açıqlama verdi:
“Bizim üçün çox çətin oyun oldu. Çünki rəqib elə də zəif komanda deyil. Bəzən ciddi problemlər yarada bilirlər. Bəli, xoşbəxtəm, qələbə qazanmışıq. Vacib qələbə qazandıq. Heç də asan mövsüm deyil. Bəzən oyunumuz yaxşı alınır, bəzən yox. Hər oyun qələbəyə köklənmək, oyundan-oyuna “artırmaq” lazımdı. “Zirə” ilə matç da çox ağır olacaq. Həftəboyu bu oyuna hazırlaşacağıq. Məşqçimizə qulaq asacağıq (gülür). Komanda onun üçündü”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
30
1
football-plus.az

2Mənbələr