AZ

Ölkədə kompüter istehsalı artıb

Ajans.az xəbər verir ki, hesabat dövründə elektrik avadanlıqlarının istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11.2 faiz azalıb. Bunun əksinə olaraq, kompüter, elektron və optik məhsulların istehsalında 49.9 faiz artım qeydə alınıb. Belə ki, notbukların istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 14.9 dəfə artaraq 25 min 475 ədədə çatıb. Stolüstü kompüterlərin istehsalı 34.8 faiz artım göstərərək 2 884 ədəd təşkil edib. Ölçmə cihazlarının istehsalı 4.4 faiz artaraq 438.2 min ədəd olub. Elektrik avadanlıqlarının istehsalı sahəsində isə azalma qeydə alınıb. Güc transformatorlarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 73.9 faiz azalaraq 251 ədəd təşkil edib. Elektrik tənzimləyici cihazların istehsalı 16.5 faiz azalaraq 3 min 978 ədəd olub.

Elektrik naqillərinin istehsalı 16.9 faiz artaraq 11 min 513 ton təşkil edib. Məişət soyuducuları və dondurucularının istehsalı isə 18 faiz artım göstərərək 936 ədədə yüksəlib.

Seçilən
64
Ajans.az

1Mənbələr