Bakı. Trend:
Dekabrın 12-də Azərbaycan Respublikası Prezidentinin “AzərbaycanOrdusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsitədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanıilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Trend xəbərverir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Komissiyanın sədri, maliyyə naziri Sahil Babayev AzərbaycanRespublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbiqulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlətvəsaiti hesabına mənzillə təmin edilməsi istiqamətində Fərmanlaqarşıya qoyulan vəzifələrin icrası olaraq indiyədək AzərbaycanOrdusunun minlərlə hərbi qulluqçusunun dövlətin bu mühüm sosialproqramından bəhrələnərək mənzillərlə təmin olunduğunu qeydedib.
Nazir bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğudövlətçilik və ordu quruculuğu xəttinin ardıcıl davamı olan busiyasət hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsinə,onların mənzil-məişət problemlərinin həll edilməsinə mühüm töhfəverir.
S.Babayev Komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdimetdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxıldığını vəvaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçuların mənzilnövbəsinə əlavə edildiyini bildirib.
Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdimolunmuş 606 nəfər hərbi qulluqçunun tam təmirli mənzillərlə təminolunmasına dair qərar qəbul olunub. Qeyd olunub ki, cari il üzrədövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına alınan tamtəmirli mənzillər növbəti il ərzində hərbi qulluqçulara təqdimolunacaq.
Bu günə qədər dövlət vəsaiti hesabına 4167 nəfər hərbi qulluqçumənzillərlə təmin olunub.