AZ

Ankarada Heydər Əliyevin anım tədbiri keçirilib

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində olan Şuşa Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım tədbiri keçirilib.

Aznews.az xəbər verir ki, səfirliklə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) dəstəyi ilə təşkil olunan mərasim Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sənədli filmin nümayişi ilə başlayıb.

Tədbirdə Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri, Azərbaycan və Türkiyədən olan deputatlar, səfirliyin əməkdaşları, dövlət qurumlarının nümayəndələri və Ankaranın müxtəlif təhsil müəssisələrinin, o cümlədən Heydər Əliyev adına Liseyin tələbələri iştirak ediblər.

Çıxış edənlər müasir Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin rolunu vurğulayaraq, onu türk dünyası tarixinin ən mühüm liderlərindən biri kimi dəyərləndiriblər.

Seçilən
11
1
aznews.az

2Mənbələr