AZ

Messi 48 ci titulunu qazandı!

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“İnter Mayami”nin azarkeşləri böyük sevinc içindədi. Onların sevimli komandası Amerika Peşəkar Futbol Liqasının (MLS) qalibi olub."Football-plus.az" xəbər verir ki, Xavyer Masçeranonun komandası pley-offun həlledici oyununda “Vankuver”lə qarşılaşıb. Matç “İnter Mayami”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk dəfə çempion olan mayamililərin lideri Lionel Messi finalda iki qolun ötürməsini verib.Qeyd edək ki, “İnter Mayami” 2018-ci ildə yaradılıb. 2020-ci ildən MLS-də oynayan komanda ötən müddət ərzində MLS-in müntəzəm mövsümünün kubokunu (2024) və Şimali Amerika Liqa kubokunu (2023) qazanıb. Klubun sahiblərindən biri İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Devid Bekhemdi.Əlavə edək ki, Messi karyerasında 48-ci titulunu qazanıb. 38 yaşlı argentinalı hücumçu daha çox “Barselona” ilə kubok sahibi olub. Bu komandanın formasında 35 titulun sevincini yaşayan Lionel milli komnada ilə 6 kuboku başı üzərinə qaldırıb. Onun PSJ ilə 3 titul sahibi olduğunu da xatırladaq. Bu faktı isə xüsusi vurğulamalıyıq: Messi dünyada ən çox titul qazanan futbolçudu! Bu planda ikinci yeri Daniel Alveş tutur. Artıq karyerasını başa vuran braziliyalı sabiq müdafiəçi 43 titula sahib olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
icma.az

2Mənbələr