AZ

Odessa limanında Türkiyəyə məxsus yük gəmisi vurulub

Türkiyəyə məxsus yükdaşıma gəmisi Odessada Rusiyanın raket hücumuna məruz qalıb.Bu barədə Reuters xəbər verir.

Agentliyin məlumatına görə,hadisə Odessa vilayətinin ən böyük dəniz limanlarından biri olan Çornomorsk limanında qeydə alınıb.

Ukrayna mediası gəminin Panama bayrağı altında üzən CENK T olduğunu və Türkiyənin Karasu limanından Rumıniyaya səfər etdiyini bildirir. Gəminin Türkiyənin "Cenk Shipping RoRo" şirkətinə məxsus olduğu və yük maşınları ilə qoşquların daşınmasında istifadə edildiyi qeyd edilir. 

Məlumata görə, limana İsgəndər-M raketləri atılıb. Reuters həmçinin gəminin Türkiyə vətəndaşlarına aid olduğunu bildirir.

Seçilən
12
1
anews.az

2Mənbələr