ain.az, Moderator.az saytına istinadən bildirir.
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayem dördillik müddətinə yenidən federasiyanın rəhbəri seçilib.
Moderator.az bildirir ki, bu barədə FIA-nın Mətbuat Xidməti məlumat yayıb.
Federasiya prezidenti seçkisi FIA-nın Daşkənddə keçirilən Baş Assambleyası çərçivəsində baş tutub. Seçkinin nəticələrinə görə, Məhəmməd Ben Sulayem səslərin 91.5%-ni toplayıb.
O, ilk dəfə təşkilata 2021-ci ildə rəhbər seçilib. FIA-dan verilən məlumata görə, onun prezidentliyi dövründə federasiyanın maliyyə vəziyyəti yaxşılaşıb, həmçinin şəffaflıq, hesabatlılıq və peşəkar standartlar yüksəlib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.