AZ

Binəqədidə gecələr tikinti aparan şirkət sakinin avtomobilinə ziyan vurdu VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Binəqədi rayonu, Mir Cəlal 63a ünvanında aparılan yeni tikinti işləri ciddi narazılıq yaradıb. 

Bu barədə sakinlərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına video göndərərək məlumat verib.

Onun sözlərinə görə, adı bilinməyən inşaat şirkəti gecə saatlarında tikinti işlərini görür və təhlükəsizlik qaydalarına heç bir şəkildə riayət edilmir. 

Şikayətçi bildirib ki, şirkət ictima asayişi pozmaqla yanaşı gördükləri iş zamanı ona maddi ziyan da vurublar. Videodan göründüyü kimi, avtomobilin kapot hissəsində deşiklər yaranıb. 

Ard-arda kobud qayda pozan sürücü qəza təhlükəsi yaratdı - VİDEO

Zərərçəkmiş tikintiyə məsul şəxslərin problemi həll edəcəklərinə söz verdiklərini, lakin hələ də tədbir görmədiklərini əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
avtosfer.az

1Mənbələr