“Los Anceles”in məşhur futbolçusu Son Hın Mini şantaj edən qızın cəzası müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, Yan soyadlı həmin qız 4 il müddətinə həbs cəzasına məhkum olunub. Məlumatda ona kömək edən şəxsin 2 illiyə azadlıqdan məhrum edildiyi də bildirilib.
İttihama görə, qız 2024-cü ilin iyununda Koreya yığmasının kapitanından hamilə qaldığını yalandan iddia edib və bunu əsas gətirərək Sondan böyük məbləğdə pul tələb edib. O, futbolçunun məşhurluğundan sui-istifadə edərək ona ciddi mənəvi zərər vurub.
Xatırladaq ki, cinayətkarlar məşhur futbolçudan əvvəlcə təxminən 300 milyon von (204 min dollar) qoparmağa çalışmışdı. 2025-ci ilin yazında isə onların maliyyə tələbi 70 milyon vona (47 min dollar) bərabər olmuşdu. İstintaq nəticəsində şantajçıların Hın Mindən əvvəl başqa məşhur şəxsi jantaj etdikləri müəyyənləşib. Lakin həmin şəxs onların hədə-qurxusuna məhəl qoymayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta