ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
“Gündəlik fiziki fəaliyyət sağlam həyat tərzi üçün vacibdir. Gün ərzində kifayət qədər addım atmaq ürək-damar sağlamlığını qorumağa və əzələ tonusunu saxlamağa kömək edir.”
Bunu Gununsesi.info-ya açıqlamasında dietoloq Validə Şıxıyeva deyib.
O bildirib ki, orta hesabla gündə 10 min addım yürüş etmək tövsiyə olunur:
“Bu, piylənmənin qarşısını almağa və enerji balansını qorumağa kömək edir. Addım sayının artırılması stresin azaldılmasına və əhval-ruhiyyənin yaxşılaşmasına da təsir edir. Hər addımın önəmi böyükdür və kiçik məsafələri də piyada getmək faydalıdır”.
Dietoloq xüsusilə oturaq iş rejimində olan şəxslərə gün ərzində qısa yürüş fasilələri etməyi tövsiyə edib:
“Yaxşı olar ki, gənclər və yaşlılar fərqli addım hədəfləri təyin etsin. Gündəlik 10 min addım həm fiziki, həm də psixi sağlamlıq üçün çox faydalıdır”.
Firuzə Mahmudova
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.