AZ

Namaza görə arvadını bıçaqladı: İslam buna nə deyir? İlahiyyatçıdan AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Hər bir müsəlman Allaha inanır və ibadət edirsə, bu gözəl bir işdir. Amma başqasını buna məcbur etmək düzgün deyil. İslamda ailə başçısı öz ailəsindən məsuldur. Peyğəmbərimiz (s.ə.s) buyurub: “Siz bir çobansınız və ailənizdən məsuliyyət daşıyırsınız.” Burada məqsəd ailəni qoyuna bənzətmək deyil, çobanın qoyunlarını necə sevib qoruduğu kimi, insanın da ailəsini sevib qorumasıdır".Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. "Ailə başçısı həyat yoldaşının təminatı, namusu və ibadətindən məsuldur, lakin bunu zorla yox, izah və anlayışla etməlidir. Müasir Azərbaycanda əhalinin çoxluğu müsəlmandır, amma müxtəlif dini inanclara malik insanlar da var. Namaz Allahın insana verdiyi ən şəfqətli ibadətdir və bu ibadət zamanı zorakılıq qəti qadağandır".O bildirib ki, Peyğəmbərimiz (s) qadınlara qarşı şiddəti yasaqlayıb: "Bir kişinin “namaz düzgün deyildi” bəhanəsi ilə şiddət tətbiqi ibadət deyil, öz nəfsini ucaltdığını göstərir. İmam Qəzali yazırdı ki, ibadət sevgi ilə müqəddəsləşir, qorxu ilə deyil. Peyğəmbərimiz (s) namazda səhv görsə belə, öyrədərkən təbəssüm edirdi. Şiddət göstərən heç kim dinə və namaza xidmət etmir, yalnız öz daxili qaranlığını ortaya qoyur. Namaz insanı çirkinlikdən çəkindirirsə, şiddətə yer qalmaz. Əgər insanın namazı onu dəyişdirmirsə, başqasına necə dərs verə bilər?

Belə hadisələr göstərir ki, din zorakılığın pərdəsi ola bilməz. Ailə içində ədalət, hörmət və mərhəmət islami həyatın əsasıdır. Şiddət isə həmin əsasa atılan baltadır. Din adına edilən şiddət Allahın və Rəsulun razı qalacağı bir davranış deyil.

Heç kim həyat yoldaşını namaza və ibadətə məcbur etməməlidir. Ona namazın gözəlliklərini izah edib, sevdirməli, amma məcbur etməməlidir".Qeyd edək ki, Bakıda kişi həyat yoldaşını düzgün namaz qılmaması iddiası ilə bıçaqlayıb. Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
2
demokrat.az

3Mənbələr