ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Bir neçə gün əvvəl Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) 1,5 milyonluq tenderinin qalibi seçilən "Gəncə Körpü Tikinti-2” ASC daha bir iriməbləğli satınalma müsabiqəinin qalibi olub.
Qaynarinfo xəbər verir ki, söhbət Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Şəmkir şəhəri üzrə Nümayəndəliyinin Şəmkir şəhərində avtomobil yollarının təmiri işlərinin satın alınması ilə bağlı keçirilən tenderdən gedir. Bu tender üzrə satınalma predmeti 1 531 093,87 manata başa gələcək.
"Gəncə Körpü Tikinti-2" ASC 16 oktyabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov Rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, ev 10A-da yerləşir. Şirkətin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.
Şirkətin tikinti maqnatı kimi tanınan iş adamı Aqibət Məmmədova məxsus olduğu bildirilir. Buna səbəb Aqibət Məmmədovun "Gəncə Körpü Tikinti-2” ASC-nin Direktorlar Şurasının sədri olmasıdır.
Seyid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.