Bakı. Trend:
Yanvar-noyabr ayları ərzində Azərbaycanın magistral neftkəmərləri ilə 33,4 milyon ton neft nəql edilib.
Bu barədə TrendDövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd olunur ki, ümumi nəqlin 74,6 faizi Bakı–Tbilisi–Ceyhan neftkəmərinin payına düşüb və hesabat dövründə bu kəmərlə 24,9 milyonton neft daşınıb.
Məlumata görə, həmin müddət ərzində Bakı–Tbilisi–Ceyhanla nəqlolunan neftin 85,1 faizi və ya 21,2 milyon tonu Azərbaycanda hasilolunan neft, 14,9 faizi və ya 3,7 milyon tonu isə Türkmənistan vəQazaxıstandan daxil olan neft olub.
Qeyd edək ki, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin ümumi uzunluğu1768 kilometrdir. Bunun 443 kilometri Azərbaycanın, 249 kilometriGürcüstanın, 1076 kilometri isə Türkiyənin ərazisindən keçir.Kəmərin tikintisinə 2003-cü ilin aprelində başlanılıb, borukəmərinə ilk neft 18 may 2005-ci ildə vurulub.
BTC Co. şirkəti layihənin həyata keçirilməsi üçün 2002-ci ilinavqustunda yaradılıb. Şirkətdə pay bölgüsü aşağıdakı kimidir:
bp (30,1%), “AzBTC” (25%), MOL (8,9%), “Equinor” (8,71%), TPAO(6,53%), “Eni” (5%), “Total” (5%), “Itochu” (3,4%), “Inpex” (2,5%),“ExxonMobil” (2,5%) və ONGC (2,36%).