Ukraynanın prezidenti Volodimir Zelenski Almaniyanın paytaxtı Berlində gözlənilməz səfərdə olacaq.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Morgenpost nəşri məlumat yayıb.
Məlumata görə, Zelenski Almaniyanın kansleri Fridrix Mertzlə görüş keçirəcək. Görüşdə Böyük Britaniya və Fransanın, eləcə də ehtimal ki, Polşa və İtaliyanın nümayəndələri də iştirak edəcək.
Hazırda görüşdə ABŞ hökumət nümayəndələrinin iştirak edib-etməyəcəyi bəlli deyil.
Xatırladaq ki, ABŞ bir müddət öncə 28 bənddən ibarət olan sülh planı hazırlayıb. Bu plan nə Ukraynanı, nə də Avropanı qane edib. Almaniyanın xarici işlər naziri İohann Vadeful bildirib ki, planın düzəlişi ilə bağlı amerikalı rəsmilərlə təmasda olub.
Sülh planının hazırlanması fonunda Ukrayna və ABŞ nümayəndə heyətləri İsveçrə və Vaşinqtonda bir neçə görüş keçirib. Prezident Zelenskinin sözlərinə görə, bu dialoqların nəticəsi kimi plan 20 bəndə qədər qısaldılıb.