AZ

“Sağamsa, bunu prokurora borcluyam” - VİDEO

Bir neçə gün əvvəl Türkiyədə futbolda mərc oyunları və danışılmış qarşılaşmalarla bağlı aparılan istintaq çərçivəsində saxlanılan tanınmış futbol şərhçisi Ahmet Çakar İstanbul Baş Prokurorluğunda ifadə verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, səhhətində yaranan ciddi problemlərə görə xəstəxanaya yerləşdirilən A. Çakarın ifadəsindən sonra ona heç bir məhkəmə nəzarəti tətbiq olunmadan sərbəst buraxılıb.

İstintaq zamanı Ahmet Çakar və həyat yoldaşının adına ümumilikdə 60,376.426 lirə (təxminən 2 milyon 400 min AZN) məbləğində pul köçürmələri ilə bağlı suallar ünvanlanıb.

Azadlığa buraxıldıqdan sonra jurnalistlərin suallarını cavablandıran şərhçi günahsız olduğunu vurğulayıb:

“Prokurorluq məni sərbəst buraxdı. Dedilər ki, gedə bilərsən, azadsan və üzərində heç bir məhkəmə nəzarəti yoxdur”.

Səhhəti ilə bağlı da danışan Ahmet Çakar prokurorun vaxtında müdaxiləsinin həyatını xilas etdiyini qeyd edib:

“Əgər bu gün sağamsa, bunu prokurora borcluyam. O, dərhal reaksiya verib məni xəstəxanaya göndərdi. Əks halda, bəlkə də yolda həyatımı itirə bilərdim”./Qafqazinfo

Seçilən
5
1
bakivaxti.az

2Mənbələr