AZ

Ulu Öndərə xalqın sonsuz sevgisi - FOTO

Yazını böyüt
Yazını kiçilt

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayır, ona olan sonsuz sevgi və ehtiram heç vaxt tükənmir. Bu sevgi onun müasir Azərbaycan dövlətçiliyinin qurucusu və xilaskarı kimi misilsiz xidmətlərindən qaynaqlanır. Xalq bu dahi şəxsiyyəti özünün ən böyük himayədarı kimi xatırlayır və irsini hər zaman uca tutur.

Hafta.az xəbər verir ki, Ulu Öndərin vəfatının 22-ci ildönümü ilə əlaqədar Azərbaycanın bütün bölgələrində anım mərasimləri keçirilir, xalqımız dahi şəxsiyyətin xatirəsini ehtiramla anır.

Paytaxt Bakı ilə yanaşı, ölkəmizin bütün bölgələrində də silsilə anım mərasimləri təşkil olunur. İnsan bölgələrdə Heydər Əliyevin xatirəsinə ucaldılmış abidələri ziyarət edərək, ona olan sonsuz hörmət və məhəbbətini ifadə edir.

Anım tədbirlərində Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki, iqtisadi inkişafdakı və beynəlxalq əlaqələrin qurulmasındakı tarixi rolu xüsusi vurğulanır.

Bu mərasimlər Heydər Əliyev irsinin hər zaman yaşayacağının və gələcək nəsillərə ötürüləcəyinin bariz nümunəsidir.

Seçilən
17
hafta.az

1Mənbələr