AZ

Mehmet Ali Erbil boşanır

Məşhur türkiyəli şoumen Mehmet Ali Erbil və onun 26 yaşlı həyat yoldaşı Gülseren Ceylanın evliliyində ciddi böhran yaşanır. Gülseren Ceylanın "Instagram" hesabını bağlaması və nikah fotolarını silməsi, Erbilin sosial mediadan bütün toy paylaşımlarını silməsi boşanma iddialarını daha da gücləndirib.

Milli.Az xəbər verir ki, cütlük 28 avqust 2025-ci ildə sadə bir nikahla ailə qurmuşdu. 42 yaş fərqinə baxmayaraq münasibətlərini rəsmiləşdirməzdən əvvəl evlilik müqaviləsi imzalanmışdı. Bu addım, Erbilin əvvəlki beş evliliyindən aldığı təcrübəyə əsaslanan ehtiyat addımı kimi dəyərləndirilmişdi.

Böhranın alovlanması Mehmet Ali Erbilin televiziya proqramında etdiyi açıq etiraflarla başlayıb. Şoumen keçmiş bütün həyat yoldaşlarına xəyanət etdiyini deyərək hər birindən üzr istəyib. O, xüsusilə keçmiş həyat yoldaşlarından birinə qarşı "böyük günah işlətdiyini" və onu əlindənburaxdığı üçün peşman olduğunu dilə gətirib.

Bu sözlərin 2001-ci ildə evləndiyi Sedef Altuntaşa işarə etdiyi iddia edilirdi. Gülseren Ceylan bu sözlərdən dərin şəkildə təsirlənərək evi tərk edib.

Erbil yaranan gərginliyi azaltmaq üçün canlı efirdə həyat yoldaşından səmimi şəkildə üzr istəyib: "Gülsereni sevirəm, ona aşiqəm. Bu yaşda mənə bu sevgini yaşatdığı üçün şükür edirəm. Onu incitmişəmsə, bağışlasın."

Boşanma ehtimalı gündəmə gələndə ilk müzakirə edilən məsələlərdən biri də evlilik müqaviləsi oldu. Bu sənədin mal paylaşımı və digər hüquqi məsələləri əvvəlcədən müəyyən etdiyi üçün tərəflərin olası ayrılığında mühüm rol oynayacağı düşünülür.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
12
2
milli.az

3Mənbələr