AZ

Messi 48-ci titulunu qazandı!

“İnter Mayami”nin azarkeşləri böyük sevinc içindədi. Onların sevimli komandası Amerika Peşəkar Futbol Liqasının (MLS) qalibi olub.

"Football-plus.az" xəbər verir ki, Xavyer Masçeranonun komandası pley-offun həlledici oyununda “Vankuver”lə qarşılaşıb. Matç “İnter Mayami”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk dəfə çempion olan mayamililərin lideri Lionel Messi finalda iki qolun ötürməsini verib.

Qeyd edək ki, “İnter Mayami” 2018-ci ildə yaradılıb. 2020-ci ildən MLS-də oynayan komanda ötən müddət ərzində MLS-in müntəzəm mövsümünün kubokunu (2024) və Şimali Amerika Liqa kubokunu (2023) qazanıb. Klubun sahiblərindən biri İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Devid Bekhemdi.

Əlavə edək ki, Messi karyerasında 48-ci titulunu qazanıb. 38 yaşlı argentinalı hücumçu daha çox “Barselona” ilə kubok sahibi olub. Bu komandanın formasında 35 titulun sevincini yaşayan Lionel milli komnada ilə 6 kuboku başı üzərinə qaldırıb.

Onun PSJ ilə 3 titul sahibi olduğunu da xatırladaq.

Bu faktı isə xüsusi vurğulamalıyıq: Messi dünyada ən çox titul qazanan futbolçudu! Bu planda ikinci yeri Daniel Alveş tutur. Artıq karyerasını başa vuran braziliyalı sabiq müdafiəçi 43 titula sahib olub.

Seçilən
10
1
football-plus.az

2Mənbələr