AZ

Ukraynada prezident seçkiləri atəşkəs üçün arqument ola bilər

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Zelenskinin Ukraynadakı prezident seçkilərindən müvəqqəti atəşkəsə nail olmaq üçün arqument kimi istifadə edə biləcəyi ehtimalını istisna etməyib.

O, bunu RT-yə verdiyi şərhdə bildirib.
ABŞ Prezidenti Donald Tramp “Politico”ya verdiyi müsahibədə Ukrayna hakimiyyətinin “müharibədən seçkilərin keçirilməməsi üçün bəhanə kimi istifadə etdiyini” qeyd edərək, Ukrayna xalqının səs vermək hüququna malik olduğunu vurğulayıb. Qısa müddət sonra Vladimir Zelenski ABŞ və Avropa ölkələrinin seçki prosesinin təhlükəsizliyinin təmin edilməsinə kömək etməsi şərtilə 60-90 gün ərzində seçkilər keçirməyə hazır olduğunu açıqlayıb.

O, həmçinin Ali Radadan silahlı münaqişə zamanı seçkilərin keçirilməsi üçün hüquqi əsas yaratmağı xahiş etmək niyyətində olduğunu açıqlayıb.
Qeyd edək ki, Ukraynada sonuncu prezident seçkiləri 2019-cu ildə keçirilib. Vladimir Zelenskinin səlahiyyət müddəti rəsmi olaraq 2024-cü ilin may ayında başa çatıb. Lakin o, Ukrayna konstitusiyasına görə, seçkiləri qadağan edən hərbi vəziyyət səbəbindən dövlət başçısı vəzifəsini icra etməyə davam edir.

//Samir Qurbanov, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr