AZ

İnsultdan sonra əlil arabasına məhkum olan müğənni karyerasını dondurdu

İnsultdan sonra əlil arabasına məhkum olan müğənni karyerasını dondurub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyalı müğənni Nikolay Noskov səhnə fəaliyyətini müvəqqəti dayandırıb və Yeni il korporativ şənliklərində çıxış etməkdən imtina edib.

2017-ci ildə işemik insult keçirən və hazırda əlil arabasından istifadə edən 69 yaşlı sənətçi sağlamlığına görə bu addımı atıb. Bildirilir ki, o, artıq uzunmüddətli çıxışlara fiziki cəhətdən tab gətirə bilmir.

Məlumata görə, Noskov Moskva ətrafındakı bağ evində yaşayır, həyat yoldaşının qayğısı altındadır və həkim nəzarətində reabilitasiya keçir.

Xatırladaq ki, ifaçı 2024-cü ilin mayında pnevmoniya fonunda ağciyər iltihabı və tromboemboliya ilə xəstəxanaya yerləşdirilmişdi.

Sənətçi yazda səhnəyə qayıtmağa ümid edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
90
1
interpress.az

2Mənbələr