AZ

Liqa hüsranı vandalizmə çevrildi – Üç yeniyetmə stadionu yandırdı

Finlandiyada inanılmaz hadisə yaşanıb.

Fanat.Az xəbər verir ki, "Haka" klubunun liqadan düşməsi bəzi azarkeşlərin nəzarətsiz və təhlükəli reaksiyası ilə nəticələnib.

"Diario Ole"nin məlumatına görə, komandaya azarkeşlik edən 15 yaşlı üç yeniyetmə klubun aşağı liqaya yuvarlanmasından sonra etiraz əlaməti olaraq "Haka"nın stadionunu qəsdən yandırıb. Hadisə nəticəsində arenanın müəyyən hissəsi tamamilə yararsız hala düşüb.

Polis hadisə ilə bağlı araşdırma aparır və azyaşlıların məsuliyyəti məsələsi hüquqi çərçivədə araşdırılır.

Kamil Xudiyev

Seçilən
67
1
fanat.az

2Mənbələr