AZ

Yuri Vernidubun adını eşitdi, "böyük şanslarımız var" cavabını verdi

Mövsümün sürpriz komandası birmənalı olaraq “Sumqayıt”dır.

Məhdud büdcə, kiçik imkanlarla arxada qalan 14 turda “Kimyaçılar” liderlər qrupunda qalmağı bacarıb.

Son 5 turda 4 qələbə qazanan Saşa İliçinin baş məşqçisi olduğu komanda hazırda 26 xalla 4-cü pillədə qərarlaşır.

Qarşıdan “Neftçi” ilə matç gəlir. Son illər bu iki komanda arasında matçlar gərgin keçir. Əməlli-başlı rəqabət yaranıb.

Tərəflər arasında ciddi maliyyə uçurumu, heyətin keyfiyyət fərqi olsa da Sumqayıt təmsilçisi “Ağ qaralar”a baş ağrı ola bilir.

Görəsən, “Sumqayıt” uğurlu çıxışın davamını bu matçda da gətirə bilərmi?

Nəzərə alaq ki, Bakı klubu xoş günlər keçirmir. Uğursuz nəticələrdən sonra Samir Abasovla yollar ayrılıb, boşalan posta Yuri Vernidub gətirilib. Ukraynalı mütəxəssis komandanı ilk rəsmi görüşünə çıxaracaq. Bu məqam matça necə təsir edə bilər?

“Sumqayıt”ın təcrübəli legioneri Nikola Ninkoviç Sportinfo.az-a açıqlamasında yuxarıdakı suallara cavab verib:

“Məşqçi dəyişikliyi həmişə oyunda və qərarlarda yeni nəsə gətirir.

Bir qədər təzə enerji və ya yeni hərəkətlər görünür.

Amma biz rəqibə o qədər də köklənmirik.

Çünki son matçlardakı səviyyədə oynasaq, xal qazanmaq üçün böyük şansımız olduğunu düşünürəm”.

XANOĞLAN

Seçilən
14
sportinfo.az

1Mənbələr