Türkiyənin müdafiə sənayesi sahəsi üzrə şirkəti Azərbaycanda fəaliyyətə başlayıb
Ajans.az xəbər verir ki, bu barədə MKE məlumat yayıb. "MKE Azərbaycana doğru strateji bir addım atıb. İki ölkə arasında müdafiə sənayesində əməkdaşlıq çərçivəsində MKE Azərbaycanda "Maşınqayırma və Kimya Azərbaycan" (MKA) adı altında bir şirkət qurub", - deyə məlumatda bildirilir.