İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı oyunçusu bəlli olub.
Apasport.az xəbər verir ki, bu ada "Brenford"un braziliyalı hücumçusu İqor Tiaqo layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
24 yaşlı forvard səsvermədə Harvi Barns ("Nyukasl"), Kirnan Dyusberi-Holl ("Everton"), Ceremi Doku ("Mançester Siti"), Brunu Fernandeş ("Mançester Yunayted"), Morqan Qibbs-Uayt ("Nottinqem Forest"), Ris Ceyms ("Çelsi") və Deklan Raysı ("Arsenal") qabaqlayıb.
Qeyd edək ki, İqor Tiaqo noyabr ayında Premyer Liqada meydana çıxdığı 4 matçda 5 qol vurub.
VI Liqada çıxış edirdi, milliyə çağırıldı
“İnter”də ciddi itki - ili başa vurdu
Saşa Boey Premyer Liqaya doğru
Argentina millisinin üzvü "İnter Mayami"də qalacaq
Livakoviç karyerasını Xorvatiyada davam etdirəcək