Keçmiş UFC döyüşçüsü Konor Makqreqor 17 illik həyat yoldaşı Di Devlinlə rəsmi nikaha girəcək.
Moderator.az "Irish Independent" nəşrinə istinadən xəbər verir ki, mərasimin Vatikan ərazisində, Müqəddəs Pyotr Bazilikasının yanında yerləşən Santo Stefano delyi-Abissini kilsəsində keçirilməsi planlaşdırılıb.
Məlumata görə, 2008-ci ildən münasibətdə olan cütlüyün dörd övladı var. Onların özəl katolik mərasimində evlənəcəklərini Vatikan mənbələri təsdiqləyiblər.
Lakin Vatikan rəsmisi Matteo Bruni Makqreqorun kilsədə toy mərasimi təşkil edəcəyindən xəbərsiz olduğunu bildirib.
Məlumata görə, cütlük 2008-ci ildə gecə klubunda tanış olub. İrlandiyalı məşhur idmançı 2020-ci ildə Devlinə evlilik təklifi edib. 37 yaşlı idmançı UFC-də son döyüşünü ABŞ-li Dastin Poryeyə qarşı keçirib. Döyüş irlandiyalı idmançının ayağının sınması səbəbindən birinci raundda başa çatıb.