Ukraynanın hakim “Xalqın qulluqçusu” partiyası 17 dekabrda yeni sədrin seçilməsi üçün qurultay keçirəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” agentliyi məlumat yayıb.
Qeyd edilir ki, tədbir xüsusi olaraq partiyanın yeni rəhbərinin seçilməsi məqsədilə təşkil olunub.
Hazırkı sədr Yelena Şulyak iki müddət bu vəzifəni icra edib və onun səlahiyyətləri 14 dekabrda başa çatır.