AZ

Səbail MKTB-nin 339 min manatlıq satınalma proseduru ləğv edildi

Səbail Rayon İcra Hakimiyyətinin tabeliyindəki Mənzil Kommunal Təsərrüfat Birliyi müxtəlif təyinatlı malların – əsasən fəhlə geyimləri və qoruyucu avadanlıqların alınmasına dair keçirdiyi satınalma prosedurunu ləğv edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müsabiqənin dayandırılmasına səbəb satınalmada iştirak edən təchizatçıların sayının üçdən az olmasıdır. Qanunun 36.1.1-ci maddəsinə əsasən, həm təklif, həm də təklifin təminatı təqdim edən və tələb olunan lisenziyaya malik olan iştirakçıların sayı minimum üçdən az olduqda müsabiqə etibarsız sayılır.

Satınalmanın ehtimal olunan dəyəri 339.660,05 AZN idi və sifariş fəhlə heyətinin təhlükəsizliyi və xüsusi geyimlə təmin olunması üçün nəzərdə tutulurdu. Siyahıda kombinezon, fosforlu işarəli jilet, yağmurluq, qış ayaqqabısı, suya davamlı uzunboğaz rezin çəkmə, xalat, qoruyucu əlcəklər, uzunqol gödəkçə, fəhlə batinkası, kepka, ləçək, arxalı oturacaq və digər təchizatlar yer alırdı.

Müsabiqənin ləğv edilməsi ilə bağlı qurum tərəfindən yayılan mətndə qısa şəkildə “müsabiqənin ləğv edilməsi” qeyd olunub.

Hazırkı mərhələdə tenderin yenidən elan olunub-olunmayacağı barədə məlumat yoxdur.

Bizi Facebookda izləyin

Seçilən
100
nocomment.az

1Mənbələr