Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ordusunun uğurlu əməliyyatından sonra Kupyansk istiqamətinə gedib.
KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat yayıb.
“Bu gün – Kupyansk istiqaməti. Burada Ukrayna üçün nəticə əldə edən əsgərlərimiz. Bir çox ruslar Kupyansk haqqında danışıblar və vəziyyəti görürük. Mən orada idim, uşaqları təbrik etdim. Hər bir bölməyə, burada döyüşən hər kəsə, işğalçıları məhv edən hər kəsə təşəkkür edirəm”, – prezident qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Putin Xarkov vilayətindəki Kupyansk şəhərinin noyabrın əvvəlindən faktiki olaraq rus qoşunlarının nəzarəti altında olduğunu bildirmişdi.