AZ

''Beşiktaş'' sabiq ingiltərəli ulduzu Türkiyə macərası haqda nə dedi?

Son olaraq ''Beşiktaş''da forma geymiş və hazırda klubsuz olan Aleks Oksleyd-Çemberleyn ''The Athletic'' portalına diqqətçəkən acıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, daha öncə ''Arsenal'' və ''Liverpul''da forma geymiş 32 yaşlı ingiltərəli yarımmüdafiəçinin ikiillik Türkiyə macərası o qədər də uğurlu alınmadı. Oksleyd-Çemberleyn hazırda formada qalmaq üçün ''Arsenal''ın akademiyasında məşqlərə çıxır.

''Arsenal''ın gəncləri ilə məşq etməsi və Türkiyədə oynadığı dönəm barədə danışan təcrübəli futbolçu bunları deyib:
''Hələ bir müddət də oynamaq istəyirəm. Karyeramı bitirməyə hazır deyiləm. Özümü yaşlı hiss etmirəm. Sadəcə daha bir fürsət istəyirəm. Özümdə o aclığı, motivasiyanı hiss edirəm. ''Arsenal''ın akademiyasının rəhbəri Per Mertezaker ilə söhbət etdim. Ondan 21 yaşlılardan ibarət komanda ilə birlikdə məşqlərə çıxmağımın mümkün olub-olmadığını soruşdum. Gənc oyunçularla birlikdə çalışaraq onlara nələr qata biləcəyimi anlatdım. Bu fikrimi bəyəndi, amma təbii ki, təkbaşına qərar verə bilməzdi. Sonra Arteta ilə danışdı və o da bu ideyanı dəstəklədi. Arteta mətbuatda mənim haqqımda xoş fikirlər səsləndirdi. Artetanın və ''Arsenal''ın məni məşqlərə buraxmağa ehtiyacı, məcburiyyəti yox idi. Ona görə də Artetanın sözlerini eşitmək çox qürurverici və xoş oldu. Bu məqam məni daha da həvəsləndirdi. Gənc oyunçulara bacardığım qədər yardım etməyə və onlarla təcrübəmi paylaşmağa çalışıram. ''Beşiktaş''da işlər çox tez dəyişir. Altı il Arsen Venger və altı il Yürgen Kloppun başçılığı altında oynamış bir futbolçu olaraq bu durum məni şoka saldı. Fanatların hər şey ürəyincə olduqda işlər qaydasında gedir. Türk oyunçular ünsiyyətcildilər. Amma fanatların bədən dilindən nə demək istədiklərini anlamaq mümkün idi. Ardıcıl bir neçə oyunda uğursuz çıxış edən kimi işlər dəyişirdi. Özü də dəyişən tək baş məşqçi olmurdu. Hər şey - məşq proqramı, icazəli günlərin sayı, matçlardan öncə oteldə qalıb-qalmamağımız, hətta irəli çıxan və gözdən düşən futbolçular da dəyişirdi. Biz sadəcə sabitlik yaxalamaq üçün oynayırdıq. Covanni van Bronxorstun dönəmində təxminən ardıcıl 20 oyunda oynamadım. Amma peşəkar kimi davranmaqda, üzərimdə çalışmaqda və özümü hazır vəziyyətdə saxlamaqda davam etdim. Yaxşı ki, sonra Ole Qunnar Sulşer gəldi və onun dönəmində oynamağa başladım. Türkiyə karyeramda özümü ən rahat hiss etdiyim dönəm məhz həmin aylar idi. Ümumilikdə orda həm yaxşı, həm də pis anlarım oldu. Artıq vətənə dönməyə hazır idim. Amma yenə də ''Beşiktaş''da oynadığıma görə peşman deyiləm. Yaxşı ki, o klubda oynamışam''.
Seçilən
17
1
football-plus.az

2Mənbələr