AZ

Tanınmış şirkət bağlanır - Yüzlərlə insan işsiz qalacaq

Asiyadan gələn ucuz polad idxalı Avropanı çətin vəziyyətə salarkən "Thyssenkrupp Steel Europe" Almaniya və Fransadakı mühüm zavodlarını bağlamaq qərarı alıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 1200 nəfərin iş yeri təhlükə altına düşüb, şirkət 2030-cu ilə qədər 11 min nəfəri işdən çıxararaq istehsal gücünü ciddi şəkildə azaltmağı planlaşdırır.

Thyssenkrupp Steel Europe, dekabr ayının ortalarından etibarən Almaniyanın Gelsenkirchen şəhərindəki zavodunu və Fransadakı Isbergues zavodunun ilin sonuna qədər tamamilə bağlanacağını açıqlayıb. Şirkətdən verilən məlumata görə, Isbergues zavodu yanvar ayından etibarən ən az dörd ay müddətində yalnız 50% güclə fəaliyyət göstərəcək.

Seçilən
7
manset.az

1Mənbələr