AZ

"İmişli" "Karvan-Yevlax"la oyuna neçə itki ilə çıxacaq?

Misli Premyer Liqasının 15-ci turunda digər debütant "Karvan-Yevlax"la qarşılaşacaq "İmişli"nin oyuna neçə itki ilə çıxacağı bilinib.

Klubdan Fanat.Az-a verilən məlumata görə, Jorje Kaşkilya ev oyununda yarımmüdafiəçi Vüsal Qəmbərovun xidmətindən yararlana bilməyəcək.

22 yaşlı futbolçu zədədən əziyyət çəkir. Qalan heyət üzvləri portuqaliyalı mütəxəssisin sərəncamındadır.

Qeyd edək ki, "İmişli" - "Karvan-Yevlax" matçı 15 dekabrda Qubada baş tutacaq və saat 14:00-da start götürəcək.

Mirağa

Seçilən
20
1
fanat.az

2Mənbələr