Benzin və dizel maşınlara qadağa yumşaldıla bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Avropa Parlamentinin aparıcı siyasətçisi Manfred Veber bildirib ki, Aİ-nin 2035-ci ildən etibarən benzin və dizel mühərrikli yeni avtomobillərin satışına qoyduğu qadağa yumşaldılacaq.
Əvvəlki plana görə, bazara çıxarılan bütün avtomobillər 100% sıfır karbon emissiyalı olmalı idi.
Lakin yeni təklifə əsasən, bu tələb 90%-ə endiriləcək. Bu isə o deməkdir ki, hibrid mühərrikli avtomobillərin istehsalı və satışı davam edəcək.
Qərarın Almaniya kansleri Fridrix Merts, İtaliya Baş naziri Corca Meloni və avtomobil sənayesi nəhənglərinin təzyiqi ilə qəbul edildiyi bildirilir. Məqsəd sənayedəki iş yerlərini qorumaq və tam elektrikə keçid üçün vaxt qazanmaqdır.
Ekoloji fəallar isə bu addımı “Yaşıl saziş”ə xəyanət adlandıraraq sərt tənqid ediblər.
Xuraman Etibarlı
İnterpress.az