AZ

ADNSU məzunları universitetdə rəhbər vəzifələrə təyin olunublar

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) yalnız yüksəkixtisaslı kadrlar hazırlamaqla kifayətlənmir, eyni zamanda, məzunlarının peşəkar inkişafına və əmək bazarına çıxışına şərait yaradır. Məzunların qısa müddətdə idarəetmə və rəhbər vəzifələrə yüksəlməsi universitetin təhsil modelinin və kadr hazırlığı sisteminin real nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bu siyasətin növbəti nümunəsi olaraq, ADNSU-nun dörd məzunu SABAH Mərkəzində proqram rəhbəri vəzifələrinə təyin olunub. Mahmud İsmayılov, Samir Əliyev, Elnur Əlizadə və Rəşad Abbasov müvafiq olaraq Elektrik-elektronika və sənaye mühəndisliyi, Data analitikası və kompüter elmləri, Neft-qaz və kimya mühəndisliyi, Neft-qaz geologiyası proqramlarına rəhbərlik edəcək.

Bu təyinatlar ADNSU məzunlarının peşəkar uğurunu və universitetin keyfiyyətli kadr hazırlığını bir daha təsdiqləyir.

 

Seçilən
49
azertag.az

1Mənbələr