Məşhur aktyor və komediya ustası Stenli Bakster 99 yaşında vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Şotlandiyalı aktyor və komediya ustası Stenli Bakster 99 yaşında dünyasını dəyişib.
1926-cı ildə Qlazqoda doğulan sənətçi radio, televiziya və kino sahəsində uzunillik karyeraya malik olub. O, xüsusilə “The Stanley Baxter Show” verilişi və məşhur şəxsləri, o cümlədən Kraliça II Elizabeti və Roma Papasını uğurla parodiya etməsi ilə şöhrət qazanıb.
İkinci Dünya Müharibəsi illərində hərbçilər üçün əyləncə proqramlarında iştirak edən Bakster, karyerasına uşaq aktyor kimi başlayıb.
Xuraman Etibarlı
İnterpress.az