AZ

“Kalaşnikov” cari il üzrə QŞ-301 toplarının tədarükünü tam yerinə yetirib

Rusiyanın “Kalaşnikov” konserni 2025-ci il üzrə sifariş edilən 30 mm-lik QŞ-301 avtomatik aviasiya toplarının tədarükünə dair müqavilə öhdəliklərini tam yerinə yetirib.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, toplar müəyyən edilmiş çatdırılma cədvəlinə uyğun olaraq sifarişçiyə göndərilib.

Bundan əlavə, konsern artıq 2026-cı il üçün sifariş olunan QŞ-301 toplarının istehsal planının icrasına başlayıb.

Bildirilib ki, son illərdə QŞ-301 istehsalı xüsusi hərbi əməliyyat ilə bağlı olaraq artıb.

Bu aviasiya topu MiQ-29, MiQ-29K/KUB, Su-27, Su-30, Su-35 qırıcılarının, o cümlədən Su-34 qırıcı-bombardmançısının silahlanmasında yer alır. Onun istehsalında ən son yüksək texnologiyalı avadanlıqlar və yüksək ərintili polad növlərindən istifadə olunur ki, bu da məhsulun keyfiyyətini təmin edir.

İstehsalçının qeyd etdiyinə görə, aviasiyada qeyri-rəsmi olaraq “balerina” adlandırılan QŞ-301, yüngüllüyü, yüksək atəş sürəti, dəqiqliyi və atəş tempi baxımından analoqlarını üstələyir. Hərbi ekspertlərin fikrincə, bu məmulat hələ də öz sinfində dünyanın ən yaxşılarından biri olaraq qalır.

Seçilən
10
poliqon.az

1Mənbələr