AZ

"Mançester Yunayted"in borcu fantastik həddə çatdı

“Mançester Yunayted”in xalis borcu 1 milyard dolları keçib.

Publika.az xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.

İngiltərə klubunun tarixində ilk dəfədir ki, xalis borc bu səviyyəyə çatır. Borcun artmasına 2025-ci ilin yayında transferlər üçün götürülən kreditlər səbəb olub.

Klubun həmsahibləri INEOS və Cim Ratkliff xərclərin azaldılması üçün tədbirlər həyata keçiriblər. Buna işçi ixtisarı və maaşlar üzrə qənaət də daxildir. Bundan əlavə, “Mançester Yunayted” əməliyyat xərclərini azaltmaq məqsədilə yenidənqurma prosesini davam etdirir.

Seçilən
30
publika.az

1Mənbələr