AZ

Sərxoş turist skuterlə piyadanı ÖLDÜRDÜ

Avstraliyada sərxoş turist elektron skuterlə piyadanı vuraraq öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Avstraliyanın Pert şəhərində 25 yaşlı britaniyalı turist Alisiya Kemp elektron skuterlə sərxoş halda qəza törətdiyi üçün 4 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə onun 2027-ci ilin ortalarında şərti azadlığa buraxıla biləcəyini açıqlayıb.

Hadisə bu ilin 31 mayında baş verib. İçkili olan Kemp 51 yaşlı Tan Fanı vurub. Beyin qanaxması keçirən yaralı iki uşaq atası bir neçə gün sonra xəstəxanada vəfat edib.

Bu hadisə ölkədə ciddi rezonans doğurub və şəhərdə elektron skuterlərin kirayəsi qeyri-müəyyən müddətə dayandırılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
52
interpress.az

1Mənbələr