AZ

İnnovativ üzük təqdim olunub  

“Pebble” brendi təxminən 10 ildən sonra yeni məhsullarını təqdim edib. “Core Devices”“şirkəti əvvəlcə “Core Duo 2” və “Core Time 2” adlı aşağı enerji sərfiyyatlı saatları elan etsə də, ən maraqlı yenilik “Pebble Index 01” adlı qeyri-adi üzükdür.

“Index 01” sağlamlıq göstəricilərini ölçmür, sensorlarla dolu deyil və gündəlik şarj tələb etmir. O, cəmi bir işi görür: səsli qeydləri yazır. Məhz bu onu fərqləndirən əsas üstünlükdür. Üzükdə “Bluetooth” modulu, mikrofon, eşitmə aparatlarında istifadə olunan batareya və bir fiziki düymə var. İstifadəçi düyməni basaraq səsli qeydi yazır və buraxdıqda qeyd avtomatik dayanır. Düymə basılmadıqca üzük heç vaxt səs yazmır. Bu yanaşma həm təhlükəsizlik, həm də etibarlılıq baxımından önəmlidir.

Yeni cihaz  şarjsız işləmək üçün hazırlanıb. Ümumi səs yazma müddəti 12–14 saatdır ki, bu da gündə 10–20 qısa qeyd üçün təxminən 2 il istifadəyə bərabərdir. Batareya bitdikdə isə üzük şarj olunmur, sadəcə geri göndərilərək təkrar emala verilir. 

Ülkər XASPOLADOVA ,

“Azərbaycan”

Seçilən
54
azerbaijan-news.az

1Mənbələr