AZ

Tikinti obyekti layihələndirilərkən bir sıra tələblərə cavab verməlidir - AÇIQLAMA

Bakı,12 dekabr, AZƏRTAC

İaşə obyektinin, xüsusən də inşa edilən binanın tikintisinə yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir.

Memar Məhəmməd Bayramov AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, tikinti obyekti layihələndirilərkən bir sıra tələblərə cavab verməlidir.

“Belə ki, tikinti obyekti yanğın təhlükəsizliyi və istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir. Bu zaman enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblər də vacib şərtlərdən biridir. Həmçinin hərbi və ya fövqəladə vəziyyətlərdə və digər fövqəladə hallarda əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə tikinti obyektlərinin layihələndirilməsi və tikintisi zamanı mülki müdafiə ilə bağlı tələblərə əməl edilməsi zəruridir. Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı həmin obyektlərin təyinatına uyğun istismarı üçün yetərli olmalı və istifadə zamanı təhlükəsizlik tələblərinə cavab verməlidir”, - deyə Məhəmməd Bayramov vurğulayıb.

Memar, həmçinin qeyd edib ki, bina və qurğuların layihələndirilməsi, tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma, konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı, inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər, o cümlədən tikinti materiallarının, konstruksiyaların keyfiyyət və uyğunluğu şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir.

Seçilən
51
azertag.az

1Mənbələr