Bakı. Trend:
Gələn yay Ağ Evdə keçirilməsi planlaşdırılan xüsusi UFC (MütləqDöyüş Çempionatı ) çempionatı ictimaiyyətə açıq olmayacaq. Belə ki,mötəbər turnir üçün biletlərin satılmayacağı artıq təsdilənib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Donald Trampın ad gününə salınmış həmin turnirbarədə UFC-nin şirkəti olan TKO-nun prezidenti Mark Şapiro bir sıraaçıqlamalar verib.
“Bizə sorğular gəlir... Bilet satışı olmayacaq. Bu, maliyyəbaxımından bizə zərər verəcək, amma brend, reklam , qarşılıqlıəlaqə, şöhrət, mətbuatda işıqlandırma, əldə edilmiş media, reklamverənlərin marağı baxımından... bu, həqiqətən nəhəng birhadisədir”, - o deyib.
Bundan əvvəl Donald Tramp Ağ Evdə təşkil olunana MMA yarışındaazı səkkiz ayrı kateqoriya üzrə titul döyüşlərinin keçirilməsininplanlaşdırdıldığını bildirmişdi.