AZ

Region gəncləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə dövlətin gələcəyi kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin xatirəsi region gəncləri tərəfindən dərin ehtiramla yad edilib. Ulu Öndərin Anım Günü ilə əlaqədar Gənclərin Regional İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi tərəfindən silsilə anım tədbirləri keçirilib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Ulu Öndərin rayon və şəhər mərkəzlərindəki abidələrini ziyarət edən gənclər Ümummilli Liderə dərin sevgi və ehtiramlarını ifadə edib, abidə önünə gül dəstələri düzüblər.

Regionlarda Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar təşkil olunub. Ekskursiyalar zamanı gənclər xalqımızın Ümummilli Liderinin həyat yolu, dövlətçilik fəaliyyəti, idarəçilik fəlsəfəsi və Azərbaycan üçün mühüm tarixi xidmətləri haqqında ətraflı məlumat əldə ediblər.

Rəsmi şəxslərin və tarixçilərin iştirakı ilə keçirilən maarifləndirici tədbir və görüşlər çərçivəsində gənclər Ümummilli Liderin Azərbaycan dövlətçiliyindəki əvəzsiz xidmətləri ilə tanış olublar. Görüşlər zamanı görkəmli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Dahi şəxsiyyət”, “Xilaskar ömrü”, “Xalqın Adamı” və “İz” filmləri gənclər tərəfindən maraqla izlənilib.

 

Seçilən
31
azertag.az

1Mənbələr