Bakı. Trend:
Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 31,613 milyardmanat dəyərində xam neft və təbii qaz hasil olunub.
Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə2,4% azdır.
Qeyd edək ki, hesabat dövründə ölkədə mədənçıxarma sənayesindəistehsalın ümumi dəyəri 34,8 milyard manat olmaqla, əvvəlki ilinmüvafiq dövrünə nisbətən 2,3 faiz azalıb.
Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 25,3 milyonton, əmtəəlik təbii qaz hasilatı isə 35,5 milyard kub metr təşkiledib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü iləmüqayisədə 4,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 faizartıb.