AZ

“Atəşgah” Sığorta Şirkətində yeni təyinat

“Atəşgah” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasına yeni müstəqil üzv Murad Arif oğlu Rəhimov seçilib.

Banker.az xəbər verir ki, hazırda Direktorlar Şurası sədr də daxil olmaqla üç üzvdən ibarətdir.

Murad Rəhimov bir sıra nüfuzlu dövlət və özəl qurumlarda, eyni zamanda sığorta şirkətlərində geniş rəhbərlik təcrübəsinə malikdir. O,müxtəlif dövrlərdə “MBASK” Sığorta Şirkətində Marketinq Departamentinin direktoru və İdarə Heyətinin sədr müavini, “Ata Sığorta” ASC-də İdarə Heyətinin və Müşahidə Şurasının sədri, “Bakı Sığorta” ASC-də Müşahidə Şurasının üzvü və sədri, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində Müşahidə Şurasının sədri və “Bakı Kristal Zalı”nın Baş Direktoru, o cümlədən digər qurumlarda fərqli rəhbər vəzifələrdə çalışıb.

Peşəkar fəaliyyəti dövründə Murad Rəhimov üzərinə düşən vəzifələri yüksək məsuliyyət və peşəkarlıqla yerinə yetirərək, çalışdığı qurumlarda strateji qərarların icrasında aktiv iştirak etmiş, idarəetmə proseslərinin təkmilləşdirilməsinə öz töhfəsini vermişdir.

Seçilən
5
banker.az

1Mənbələr