“Hər yağış yağanda, hətta az miqdarda yağanda da Bakıda belə fəsadlarla üzləşəcəyik. Çünki sovet dövründə çəkilmiş Bakının kanalizasiya, su ötürücü sistemi milyon yarım, 2 milyon əhali üçün hesablanmışdı. Lakin indi Bakının yükü 3,5-4 milyondur. Yeni tikilən yaşayış binaları, hotellər, ticarət mərkəzləri və s. var. Bir küçədə onlarla, yüzlərlə restoranlar, kafelər var. Bu kanalizasiya sistemi o vaxt çəkilib bir küçədə 1-2 iaşə obyektinə görə. İndi həmin küçələrdə binaların da sayı artıb, iaşə obyektlərinin də”.
Bunu “Ajans.az”a açıqlamasında tanınmış memar, professor Cahid Həsənov deyib. O bildirib ki, digər tərəfdən bu kanalizasiya sisteminin istismar müddəti də bitib:
“Bu sistem lap 3-4 milyon əhali üçün də nəzərdə tutulsaydı, indi yenə də yenilənməli idi, çünki istismar vaxtı sona çatıb. Nəzərə alaq ki, sovet vaxtı idi, şablon layihələrlə, təki təhvil verilsin düşüncəsi ilə iş görülürdü. İndi yeni texnologiyalar var, yeni konstruksiyalarla onlar tam şəkildə yenilənməlidir.
Bu istiqamətdə müəyyən işlərin görülməsinə başlanılıb. Amma bu, birdəfəlik həll edilə bilməz. Küçə-küçə yenilənməlidir. Bu proses tam bitməyənə qədər yağış zamanı belə hallar olacaq”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta