AZ

Almaniyalı jurnalist: Azərbaycan tarixini öyrənərkən Heydər Əliyevin xidmətlərini də ətraflı müzakirə edirik

Berlin, 12 dekabr, AZƏRTAC

Biz Azərbaycan tarixini əhatəli şəkildə öyrənərkən, xüsusilə Heydər Əliyev dövrünü, onun xidmətlərini də ətraflı müzakirə edirik. O, ölkəni xilas edərək dövlətçiliyi möhkəmləndirib və mühüm xidmətlər göstərib.

Bu fikirləri Berlində Ulu Öndər Heydər Əliyevin xatirəsinin anım mərasimində iştirak edən almaniyalı jurnalist Frank Peter Vieners AZƏRTAC-a müsahibəsində deyib.

Anım tədbiri və sərgi barədə fikirlərini bölüşən Frank Peter Vieners bildirib: “Tədbir çox möhtəşəm təşkil olunub. Biz Almaniyada bu qədər azərbaycanlı rəssamın yaşamasına çox təəccübləndik. Burada çox rəngarəng, canlı və möhtəşəm əsərlər nümayiş etdirilir. Bu əsərlər çox təsiredicidir”.

 

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
28
azertag.az

1Mənbələr